Sen 21, 2017 08:51 Asia/Baku
  • Ruhani: Trampın İran xalqından üzr istəməsini gözləyirik
    Ruhani: Trampın İran xalqından üzr istəməsini gözləyirik

İran İslam Respublikası prezidenti nüvə anlaşmasının ikitərəfli anlaşma olmadığını bildirərək deyib: Nüvə anlaşmasını pozmağa başlayan hər bir ölkə öz hüquqi öhdəliyini tapdalamaqla təcrid yolunu seçmişdir.

Həsən Ruhani çərşənbə günü BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərinin sonunda beynəlxalq kütləvi informasiya vasitələrinin mətbuat konfransında xatırladıb: ABŞ xalqı və avropalılar İran və 5+1 qrupunun nüvə anlaşmasından çıxmaq üçün Vaşinqtonun səyini dəstəkləməyəcək. 

İran İslam Respublikası prezidenti ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı günü BMT Baş Assambleyasında əsasız ittihamları və cahil ədəbiyyatına da toxunub və deyib: Onun İran xalqından üzr istəməsini gözləyirik. 

Həsən Ruhani həmçinin Myanma ordusu və buddistlərin rohinca müsəlmanlarına qarşı cinayətləri haqda Myanmada etnik təmizləmənin həyata keçirildiyini bildirərək deyib: BMT və Təhlükəsizlik Şurası bu istiqamətdi qətiyyətli qərar verməlidir. 

İran İslam Respublikası prezidenti Yəmən böhranı haqda da deyib: Bu ölkə vətəndaşları Ərəbistanın dəhşətli hücumlarına məruz qalırlar. 

Ruhaninin sözlərinə görə, Ərəbistanın Yəmənə hücumu bu ölkədə təhlükəli xəstəliklərin yayılması ilə nəticələnmişdir. 

Ruhani İran İslam Respublikasının terrorçularla mübarizədə İraq, Suriya və Lİvanı dəstəklədiyinə toxunaraq deyib: İran praktiki olaraq terrorizmlə mübarizədə çox ciddi olduğunu göstərdi. 

İran İslam Respublikası prezidenti əlavə edib: İran İraq, Suriya, Livan və başqa ölkələrə öz təhlükəsizlik və stabilliklərini bərpa etmək üçün kömək edib. 

Teqlər