Ruhani: İranın regiodakı mövqeyi bütün ölkələrin yekdil rəyidir
İran İslam Respublikası prezidenti deyib: Bu il BMT sessiyası İranın regiondakı, nüvə məsələsi və İranla dünyanın iqtisadi əlaqələrinin inkişafı üzrə mövqeyinin bütün ölkələrin yekdil rəyi olduğunu göstərdi.
İRNA-nın məlumatına görə, Həsən Ruhani cümə axşamı günü Nyu-Yorkdan qayıdarkən Mehrabad hava limanında jurnalistlərə verdiyi açıqlamada BMT Baş Assambleyasının 72-ci sessiyasının kənarında dünyanın bəzi ölkələrinin liderləri ilə ikitərəfli görüşlərinin olduğuna toxunub və deyib: Bu görüşlərdə Avropa rəsmiləri nüvə anlaşmasının icrasının vacibliyini və nüvə anlaşmasın qayıtmalı və müzakirə ediləsi olmadığını qeyd etdilər.
Ruhani ABŞ prezidenti Donald Tramp və sionist rejim baş naziri Benyamin Netanyahunun İran əleyhinə sözlərinin eyni istiqamətdə olduğunu bildirib və əlavə edib: Bir çox kütləvi informasiya vasitələri və digər ölkələrin rəsmiləri, xüsusilə Avropa ölkələrinin liderləri Trampın nüvə anlaşması əleyhinə çıxışına qarşı olduqlarını açıq-aşkar bəyan etdilər.
İran prezidenti həmçinin İranın nüvə anlaşmasının ruhuna sadiq qalmamasına dair Donald Trampın iddiasına toxunub və deyib: Heç bir ölkənin rəsmisi bu məsələyə inanmır və hamı nüvə anlaşması məsələsində meyarın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik olduğunu bildirir. Agentlik İranın öz öhdəliklərini tam şəkildə yerinə yetirdiyini elan edib.
İran İslam Respublikası və onu müşayiət edən heyət BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmişdi və bu gün Tehrana daxil olarkən İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, vitse-prezident İshaq Cahangiri və bir qrup nazir tərəfindən qarşılanıb.