Sen 21, 2017 20:58 Asia/Baku
  • İran tələbələri Myanma müsəlmanlarına qarşı cinayəti pislədilər
    İran tələbələri Myanma müsəlmanlarına qarşı cinayəti pislədilər

İranın şimal-şərqində Məşhəd şəhərinin Firdovsi və Tibb Elmləri Universitetlərinin bir qrup tələbəsi aksiya keçirərək Myanma ordusu və hökumətinin müsəlmanlara qarşı cinayətlərini pisləyiblər.

İRNA-nın məlumatına görə, Məşhəd Tibb Elmləri Universitetinin Qırmızı Aypara Cəmiyyəti Tələbə Birliyinin katibi Bəhram Həmidi cümə axşamı günü bu aksiyanın kənarında deyib: Myanma hadisələrinin pislənilməsi istiqamətində regional və regiondan kənar qüdrətləri birləşdirmək üçün beynəlxalq diplomatiyanın işə salınması tələbələrin tələblərindəndir.

Həmidi bildirib: Yürüş, aksiyanın keçirilməsi, bəyanatın verilməsi, kütləvi informasiya vasitələri vasitəsi ilə ictimai fikri bu barədə məlumatlandırmaq, bu zaman kəsiyində zəruri olaraq atılmalı addımlardandır.

Bu aksiyada tələbələr həmçinin Myanma hökumətinin cinayətlərini pisləyən bəyanat imzalayıblar.

Myanma ordusunun Raxin əyalətində rohinca müsəlmanlarına hücumların artması ilə minlərlə nəfər həlak olub, yaralanıb və təxminən 380 min nəfər didərgin düşüb. Myanmada müsəlmanların vətəndaşlıq hüququ yoxdur.

Teqlər