Ruhani və Putin region olaylarını müzakirə etdilər
İran İslam Respublikası prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putin ilə telefon söhbətində Tehran - Moskva əlaqələrinin inkişaf etməsini alqışlayıb və deyib: İki ölkə əlaqələri icra halında olan layihələrin həyata keçirilməsi ilə daha artıq möhkəmlənmiş olacaq.
Həsən Ruhani bazar ertəsi günü Vladimir Putin ilə saxladığı telefon əlaqəsində İran, Rusiya və Azərbaycan prezidentlərinin qarşıdan gələn Tehran görüşünə işarə edib və deyib: İran Rusiya və Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir və qarşıdan gələn Tehran iclasında hər üç ölkəni maraqlandıran məsələlər diqqət mərkəzində saxlanılacaq.
Ruhani İran və Rusiyanın Suriya məsələsində ortaq baxışa malik olduqlarını vurğulayıb və Astana müzakirələrinə işarə edərək, deyib: İndi bütün dünyanın gözü Astanada cərəyan edən Suriya sülh müzakirələrinə yönəlib.
İran prezidenti daha sonra region ölkələrinin ərazi bütövlüyünün qorunmasını da önəmli məsələ adlandırıb və İraqda cərəyan edən hazırkı olaylara işarə edərək, deyib: Regionun təhlükəsizliyi, İraqın ərazi bütövlüyü və milli birliyinin qorunması İran üçün çox önəmlidir və bu məsələdə region ölkələrinin eyni fikirdə olması və əməkdaşlıq etməsi son dərəcə təsirli olacaq.
Rusiya prezidenti Vladimir Putin də bu telefon danışığında bir daha Moskvanın Tehran ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və icra halında olan birgə layihələrin sürətlə həyata keçirilməsini istəyib.
Putin həmçinin, öncəki Astana iclaslarına işarə edib və deyib: İki ölkənin Türkiyə ilə birgə konstruktiv əməkdaşlıqları Suriyada sabitliyin yaradılmasına və terrorçuların məhv edilməsinə kimi davam edəcək.
Rusiya prezidenti sonda İraqın mərkəzi hökuməti və ərazi bütövlüyünü himayə edib.