Sen 25, 2017 19:31 Asia/Baku

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası İraqın ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən addımı yanlış və yersiz hesab edir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Səhər kanalının Kürd televiziyası müxbirinin İraq Kürdüstanında keçirilən referendumla bağlı deyib: İran İslam Respublikasının İraq Kürdüstanında keçirilən referendumla bağlımövqeyi ötən həftələr ərzində müxtəlif səviyyələrdə elan edilib. Biz İraqn ərazi bütövlüyü və milli birliyini himayə edir, bu ölkədə cərəyan edən demokratikləşmə prosesini dəstəkləyirik. 

Bəhram Qasemi əlavə edib: İran İslam Respublikası İraqın ərazi bütövlüyü əleyhinə olan istənilən addımı yanlış və yersiz hesab edir. 

Qasemi daha sonra deyib: Bu kimi hərəkətlər region xalqları xüsusi ilə də kürdlər üçün ciddi problemlər yaradacaq məsələlərin qarşıya gəlməsinə səbəb ola bilər. 

O, həmçinin bildirib: Biz daim İraq Kürdüstanı və kürdlərin siyasi partiyaları ilə istər keçmişdə, istərsə də hazırkı dövrdə geniş əlaqələrə malik olmuşuq. 

İran XİN sözçüsü açıqlamasının davamında deyib: Ötən həftələr ərzində də iki tərəf arasında sıx məsləhətləşmələr olub və iki tərəfin nümayəndə heyətləri arasında sıx görüşlər keçirilib. 

Qasemi daha sonra vurğulayıb: İraq Kürdüstanı və Bağdad müzakirə etməli və İraq xalqının maraqlarını bu yolla təmin etməyə çalışmalıdırlar. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bağdadın rəsmi istəyi əsasında İranın öz hava sərhədlərini İraq Kürdüstanının üzünə bağladığını bildirib və deyib: Ötən gün, axşam saatlarında bu xüsusda İraq Xarici İşlər Nazirliyindən rəsmi müraciət aldıq. Bizdən sərhədlərimizi bağlamağımızı istəmişdilər. 

Qasemi əlavə edib: İraq Kürdüstanında referendum hazırkı zamanda uyğun addım sayılmır və İraq hökumətinin İŞİD terrorizmi ilə mübarizədə xeyli uğur qazandığı hazırkı dönəmdə belə bir addımın atılması məntiqdən kənar hərəkət sayılır. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin, İran, Türkiyə və İraq xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan üçtərəfli görüşü haqda da deyib: İran, İraq və Türkiyə arasında çeşidli mövzular mövcuddur və bəzən bütün bu məsələlərin birlikdə nəzərdən keçirilməsinə ehtiyac yaranır. Bunun üçün regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Nyu-York iclasında bəzi önəmli məsələlər diqqət mərkəzində saxlanılıb və lazımi məsləhətləşmələr həyata keçirilib. 

Teqlər