İran İslam Şurası məclisinin üzvləri: Hər hansı separatçı hərəkət İraqın və regionun zərərinədir
İran İslam Respublikası İslam Şurası Məclisinin üzvləri bir bəyanat yayaraq, Kürdüstanın İraqan ayrılması üzrə separatçı addımları tənqid edib və hər hansı separatçı hərəkətin İraq və region üçün son dərəcə zərərli olacağını bildiriblər.
İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin 210 üzvü bu gün bir bəyanat qəbul edərək, İraqda böhran yaradılmasını bu ölkənin demokratikləşməsinin zərərinə adlandırıb və İraq Kürdüstanı rəsmilərindən mərkəzi dövlətin istəyinə uyğun olaraq, rəsmi Bağdad ilə əməkdaşlıq etməsini və sionistlərə regionda öz avanturist məqsədlərinə həyata keçirmək icazəsi verməmələrini istəyiblər.
Bəyanatda həmçinin deyilir: Ötən illərdə İraq ABŞ və İsrail rejiminin müxtəlif fitnələrinə məruz qalıb. Amma, İraq xalqı ərəb, kürd, türkmən, şiə və sünnilər daxil olmaqla öz birlik və həmrəyliyini qoruyaraq, bütün bu fitnələr qarşısında dayanıb. İraq xalqı milli birlik ilə ölkə konstitusiyasını təsdiq edib və tam demokratik yolla mərkəzi hökuməti formalaşdırıb, ölkədə sabitlik yaradıb.
İran İslam Şurası Məclisinin üzvləri bu bəyanatda İraq hökuməti və parlamentinin rəftarlarını himayə edərək, deyiblər: Kürdüstanın İraqdan ayrılması İraqın milli birliyi və ərazi bütövlüyünə zərbə vura, bu ölkəni yeni qarşıdurmalar burulğanına sürükləyə bilər.
İran İslam Şurası Məclisinin üzvləri həmçinin, bu gün bağlı qapılar arxasında iclas təşkil edərək, İraq Kürdüstanında referendumun keçirilməsi məsələsini araşdırıblar. Bu iclas İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxanının iştirakı ilə keçirilib.
Daxili və xarici etirazlara, region ölkələri və beynəlxalq təşkilatların müxalifətlərinə baxmayaraq, İraq Kürdüstanı muxtariyyatı başçısı Məsud Barzani öz şəxsi maraqlarında israrlı qalaraq, 25 sentyabr 2017-ci il tarixində separatçı referendumun baş tutmasından vaz keçmədi. Bu da Bağdad və Ərbil arasında ixtilafların ciddi xarakter almasına səbəb olub.