Sepah İran xalqının Şəhid Hocəci ilə əzəmətli vidasına görə təşəkkür edib
-
Sepah İran xalqının Şəhid Hocəci ilə əzəmətli vidasına görə təşəkkür edib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bir müraciətdə İran xalqının paklıq Əhli-Beyti(ə) Hərəmi müdafiəsinin şəhidi- Mohsen Höcəci ilə Aşurayi vidasına görə təşəkkür edib.
Hərəm müdafiəsinin şəhidi- Mohsen Höcəcinin pak cənazəsinin əzəmətli müşayiəti mərasimi milyonlarla Hüseyn(ə) əzadarının iştirakı ilə çərşənbə axşamı günü Məşhəd, çərşənbə və cümə axşamı günləri isə Tehran və İsfahanda keçirilibdir.
Bu yüksək dərəcəyə malik şəhidin pak cənazəsi cümə axşamı günü İsfahanın Nəcəfabad şəhərində torpağa tapşırılıb.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei çərşənbə günü səhər çağı Tehranda Şəhid Mohsen Höcəcinin pak cənazəsinin kənarında hazır olub, fatihə oxuyaraq, Əhli-Beyti(ə) Hərəmi müdafiəsinin bu şəhidi üçün yüksək dərəcələr arzu ediblər.
Hərəm müdafiəçilərindən olan Mohsen Höcəci 2017-ci il avqustun 9-da Suriya-İraq sərhədində İŞİD terror qrupunun ünsürləri tərəfindən əsir alındıqdan sonra şəhid edildi.