İslami İran İmam Hüseyn(ə)-ın şəhadətinin matəminə qərq olub
Bu gün, 1439-cu hicri qəməri ili məhərrəm ayının onu, Hüseyn Aşurası günüdür.
Məhərrəm ayının onu, 61-ci hicri qəməri ili, məhərrəm ayının onunda 57 yaşında Kərbəlada şəhid olmuş şəhidlər ağası, dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günüdür.
Həzrət İmam Hüseyn(ə) Məkkədən Kərbəlayadək hərəkəti zamanından şəhid olduğu anadək Kərbəla hadisəsinin bəyanında açıq şəkildə vurğulayıblar: Mənim bu hərəkətdə məqsədim, Yezidin İslam əleyhinə olan hökumətini rüsvay etmək, "Əmr be məruf və nəhy əz munkər"i həyata keçirmək, həmçinin zülm qarşısında dayanmaqdır və mənim Qurani-Kərimi himayə etməkdən və əsl Muhəmməd İslamı dinini yaşatmaqdan savayı ayrı bir hədəfim yoxdur.
Bu, Allah-Taalanın Həzrət İmam Hüseyn(ə)-ə verdiyi tapşırıq idi və o həzrət bu vəzifə və tapşırığı yerinə yetirmək üçün Aşuranın günorta çağında sadiq köməkçiləri ilə yanaşı günorta namazını qıldıqdan sonra yezidilərin əlləri ilə şəhid edildi.
İslami İranın dindar və mömin xalqı məhərrəm ayı günlərində, xüsusən Hüseyn Tasuası və Aşurası günlərinin gecələri və günlərində hüseyniyyə və məscidlərə toplaşaraq, matəm saxlayıb, əzadarlıq edir.
Növhə oxumaq, sinə və zəncir vurmaq, Həzrət İmam Hüseyn(ə) və Həzrət Əbulfəzl Əl-Əbbas(ə)-ın yerləri və şəxsiyyətləri barədə çıxışlar etmək İslami İranın mömin və Hüseyni xalqının Qəməri-Bəni-Haşim (Bəni-Haşim xanədanının ayı)- Həzrət Əbulfəzl Əl-Əbbas(ə) və şəhidlər ağası- Həzrət İmam Hüseyn(ə)-ın şəhid olmalarının ildönümü gecəsi və günündə həyata keçirdiyi tədbirlərdəndir.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Hüseyn(ə)-ın şəhid olmasının ildönümü gününün gəlib çatması münasibətilə bütün müsəlmanlara, xüsusən şiələrə və dünyanın digər azadlıqsevərlərinə dərin hüznlə başsağlığı verir.