Okt 02, 2017 18:57 Asia/Baku
  • Şəmxani: Separatçılıq referendumu İraq xalqının maraqları ilə təzaddadır
    Şəmxani: Separatçılıq referendumu İraq xalqının maraqları ilə təzaddadır

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi vurğulayıb: İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsi təkfirçi terrorizmi himayə edən Qərb, ibri və ərəb cəbhəsinin hədəflərinin reallaşmasına kömək edir.

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün axşam Tehranda Türkiyə ordusunun baş qərargah rəisi korpus generalı Hulusi Akar ilə görüşdə İraq Kürdüstanı məntəqəsinin bəzi başçılarının bu referendumun keçirilməsi üzrə hərəkətlərini məsuliyyətsiz hərəkət adlandırıb və belə deyib: Zaman və təhlükəsizlik tələblərinə diqqətsizlik və tayfa hədəflərinin izlənilməsi, regionun ən mühüm təhdidi kimi təkfirçi terrorizmlə mübarizə üzərində təmərküzləşmənin azalmasına, həmçinin ziyanlı təhlükəsizlik təsirlərinin tez bir zamanda İraq Kürdüstanı iqliminə köçürülməsinə bais olacaq. 

İraq Kürdüstanı məntəqəsində səbatsızlıq yaradan nəticələrin aradan qaldırılması və idarə edilməsi vacibliyini vurğulayan İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: Rəsmi Bağdadın İraq Kürdüstanı məntəqəsindəki hadisələrin İraqın terrorizm fitnəsindən tam şəkildə təmizlənməsi üzrə yekun əməliyyata neqativ təsirlərinin qarşısının alınması üzrə xahişinin izlənilməsi məqsədilə İraq, Türkiyə və İran dövlətlərinin üçtərəfli koordinasiyası qaçılmazdır.

Şəmxani habelə Astana iclasında İran, Rusiya və Türkiyə arasında Suriya böhranı barədə əldə olunmuş razılaşmanın icraya qoyulmasının regiondankənar qüdrətlərin qanunsuz müdaxilələrinin məhdudlaşdırılmasına və davamlı təhlükəsizliyə nailolmaya zəmin yaratdığını bildirib.

Türkiyə ordusunun baş qərargah rəisi korpus generalı Hulusi Akar da bu görüşdə İraqın mərkəzi dövlətinə qəti dəstəyin və bu ölkənin bütövlüyünün qorunması vacibliyini vurğulayaraq, söyləyib: İran, İraq və Türkiyə birgə həmkarlıqla regionda separatçılıq planlarının icrasının qarşısını alacaqlar.

Türkiyə ordusunun baş qərargah rəisi dünən gecə yüksək səviyyəli hərbi heyətlə Tehrana daxil olubdur.

Teqlər