Okt 04, 2017 10:00 Asia/Baku
  • Brucerdi: Referendum Barzaninin strateji səhvi idi

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsini Məsud Barzaninin strateji yanlışlığı adlandırıb və xatırladıb: Bu yanlışlıq region ölkələrinin bütün nəsihətlərinə baxmayaraq həyata keçirildi.

Suriyaya səfər edən Əlaəddin Brucerdi çərşənbə axşamı gecə İRNA-ya müsahibəsində əlavə edib: Kürd muxtariyyəti rəsmiləri dərhal referendumun nəticəsini ləğv etməli və kürd muxtariyyətinə təhlükəsizlik, rifah və stabilliyin qayıtması üçün şərait yaratmalıdırlar. 

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Kürd muxtariyyəti rəsmiləri öz qeyri-qanuni addımlarına israr etdikləri halda, siyasi, iqtisadi və hərbi cəhətdən çoxlu problemlərlə üzləşəcəklər. 

Region ölkələrinin parçalanmasını istəyən sionist rejim kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumu dəstəkləyən yeganə rejimdir. 

Teqlər