İran neft naziri Rusiyanın Lukoil şirkətinin prezidenti ilə görüşüb
İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə çərşənbə axşamı gecə Moskvada Rusiyanın Lukoil Neft Şirkətinin prezidenti Vahid Ələkbərovla görüşərək danışıqlar aparıb.
Vahid Ələkbərov bu görüşdə deyib: Rusiya və İran arasında neft əməkdaşlıqlarının inkişaf etdirilməsi üçün ikitərəfli maraq vardır.
Rusiya Lukoil Neft Şirkətinin prezidenti həmçinin çərşənbə günü Moskvada Qaz İxrac edən Ölkələr Assambleyasının nazirlərinin illik iclasının keçirilməsinə toxunaraq İran və Rusiyanın bu sahədəki mövqeyi və inteqrasiyasını önəmli adlandırıb.
Zəngənə də bu görüşdə İran və Rusiyanın neft əməkdaşlıqlarının əhəmiyyətini qeyd edərək Moskvada qaz iclasının keçirilməsi, həmçinin iki ölkənin əməkdaşlıqları gücləndirmək üçün bu sahədəki inteqrasiyasını təsirli adlandırıb.
Bu görüşdə Xəzər dənizində neft əməkdaşlığı üzrə bir anlaşma sənədi şirkətlərin rəsmiləri tərəfindən imzalanıb.
Xəzər Neft Şirkətinin icra direktoru Möhsün Delaviz deyib: Bu anlaşma sənədi Xəzər dənizinin cənubunda kəşfiyyat araşdırmaları üçün Lukoil şirkəti ilə bir neçə aylıq müzakirələrdən sonra imzalanıb.
İran İslam Respublikası, Əlcəzair, Boliviya, Misir, Qvineya Bissau, Liviya, Nigeriya, Qətər, Rusiya, Trindad və Tobaqo, Venesuela və Birləşmiş Ərəb Əmirlikləri Qaz İxrac edən Ölkələr Assambleyasının əsas üzvləridir.
Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan Respublikası da bu assambleyanın müşahidəçi üzvləri hesab olunurlar.
Bu assambleyaya üzv ölkələr qaz ehtiyatının 70% və ixrac olunan qazın 42%-ni təşkil edirlər.