Okt 05, 2017 18:54 Asia/Baku
  • Əsəd: Regionun son olayları müqavimət mehvərinin gücünün artmasına səbəb olub
    Əsəd: Regionun son olayları müqavimət mehvərinin gücünün artmasına səbəb olub

Suriya prezidenti regionun son olaylarının müqavimət mehvərinin gücünün artmasına səbəb olduğunu bildirib.

 Suriya prezidenti Bəşşar Əsəd cümə axşamı günü Dəməşqdə İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi ilə görüşdə İran İslam Respublikasının Suriya dövləti və xalqına dəstəyini alqışlayaraq əlavə edib: Suriyada tökülən İran şəhidlərinin qanları iki ölkənin dostluq və qardaşlıq münasibətləri və əməkdaşlıqlarının gələcəyi üçün qiymətli sərmayə olacaqdır. 

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi də bu görüşdə Suriya ordusunun müxtəlif cəbhələrdə dəyərli qələbələri münasibəti ilə təbrik edərək deyib: Suriya region ölkələri arasında düşmənlər qarşısında müqavimət simvoludur. 

Brucerdi Suriyanın bərpasına kömək istiqamətində İran sənayesi və iqtisadiyyatının böyük potensiallarını qeyd edib. 

Əlaəddin Brucerdi Bəşşar Əsədin İslam İnqilabının Böyük Rəhbərinə son məktubuna da diqqət çəkib: Yəqin ki, bu məktub Tehran-Dəməşqin bağlarının möhkəm olması və Suriyadakı son qələbələrdə İran İslam Respublikasının müsbət rolunu əks etdirir. 

Suriya prezidenti Bəşşar Əsəd 14 sentyabrda İslam İNqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneiyə ünvanladığı məktubda Deyruz-Zur şəhərinin mühasirəsinin yarılmasında Suriya ordusu və müqavimət qüvvələrinin strateji nailiyyətlərinə görə, onu təbrik edib və terrorizmlə mübarizədə Suriya ilə əməkdaşlıq etdiyi üçün Suriya dövləti və xalqını alqışlayıb. 

Suriya ordusu və müqavimət qüvvələri 5 sentyabrda İŞİD terror qruplaşmasının Deyruz-Zur şəhərin üç illik mühasirəsini yara bildilər. 

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi çərşənbə axşamı günü parlament heyətinin müşayiəti ilə Suriyaya səfər edib.

Teqlər