Okt 09, 2017 15:06 Asia/Baku

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İranın raket qabiliyyətinin inkişafı siyasəti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə heç cür ziddiyyət təşkil etmir.

İİR XİN sözçüsü Bəhram Qasimi bu gün daxili və xarici müxbirlərin iştirakı ilə keçirilən mətbuat konfransında İİR-in nüvə və raket müzakirələrindəki mövqelərinin dəyişməsi barədə verilən suala cavabda deyib: İranın siyasətində heç cür dəyişiklik baş verməyib.

Qasimi deyib: Raket qabiliyyətinin inkişaf etdirilməsi İİR-in müdafiə siyasətinin bir hissəsidir və bu siyasət keçmişdə olduğu kimi tam ciddiyyətlə davam etdiriləcək. 

İİR XİN-in sözçüsü deyib: İran İslam Respublikası müdafiə məsələlərində digər dövlətlərə heç cür müdaxilə imkanı verməyəcək. 

Qasimi İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı General Məhəmmədəli Cəfərinin Sepahın terrorçu adlandırılması ehtimalı barədə ABŞ dövlətinə verdiyi xəbərdarlığa münasibət bildirərək ABŞ administrasiyasının öz səhvlərinin davamında bu kimi strateji və önəmli səhvə yol verməyəcəyinə ümidvar olduğunu deyib və bildirib ki, Vaşinqton belə bir səhvə yol verərsə, İranın cavabı ağır, qətiyyətli və möhkəm olacaq və Amerika onun nəticələri ilə razılaşmalıdır. 

İranın diplomatiya aparatının sözçüsü İran, Türkiiyə və İraq prezidentlərinin Bağdadda keçiriləcək görüşü və İraq Kürdüstanındakı referendum barədə fikir mübadilələrinə toxunaraq deyib: Üç ölkə arasında davamlı və dəqiq təmaslar həyata keçir və üç ölkə prezidentlərinin görüşünün dəqiq vaxtı barədə qarşıdakı günlərdə məlumat veriləcək. 

İİR XİN sözçüsü bəzi İraq rəsmilərinin İraq Kürdüstanı bölgəsinin başçısı Məsud Barizani ilə müzakirələri barədə isə deyib: İraqın mərkəzi dövlətinin qərarı əsasında olarsa, anlaşılmazlıqların aradan qaldırılması məqsədi ilə müzakirə aparmaq qəbul ediləndir. 

İranın diplomatiya aparatının sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amanonun nüvə razılaşmasının T bəndi barədəki son açıqlamasına toxunaraq deyib: Bu barədə nəzarət dairələri ona şamil olmur.

Qasimi deyib: AEBA İranın nüvə proqramı barədə 8 dəfə hesabat yayıb və onu təsdiqləyib və bu kimi söhbətlər gündəmdə deyil. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü avropalıların nüvə sazişinə münasibətləri barədə isə deyib: Avropa dövlətləri müxtəlif səbəblər üzündən ümumiyyətlə və tam kəskin formada ABŞ-ın siyasətləri qarşısında dayanıblar və İranla əməkdaşlıqlarını davam etdirəcəklər. 

Teqlər