Borucerdi: Sepah Amerikanın regiondakı bütün terror fitnələrilə mübarizə aparacaq
Okt 10, 2017 20:01 Asia/Baku
İran məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-a qarşı hər cür terror ittihamını pisləyərək, deyib: Sepah keçmişdəki kimi Amerikanın regiondakı bütün terror fitnələri və avantüraları ilə mübarizə aparacaq.
Əlaəddin Borucerdi bu gün bu komissiyanın iclasında Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın adını terror qrupları siyahısına salmaq üzrə ehtimal olunan hərəkəti barədə deyib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-a qarşı hər cür terror ittihamı İranın milli təhlükəsizliyinə qarşı hərəkət hesab olunur.