Laricani: Amerikanın strategiyası terrorizm ilə oyun oynamaqdır
İran İslam Respublikası İslami Şura Məclisinin sədri Amerikanın strategiyasının terrorizm ilə oyun oynamaq olduğunu bildirərək deyib: ABŞ öz silahlarını satmağı düşünür və Orta şərqdə böhranın davam etməsini öz təhlükəsizliyini ticarətə çevirmək üçün zəmin hesab edir.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Əli Laricani bu gün Rusiyanın Sankt Peterburq şəhərində keçirilən Kollaktiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 10-cu iclasında etdiyi çıxışında deyib: Amerikanın Ortar şərqdə fəaliyyət keçmişi və onun digər regionlarda destabillik və böhran yaratmaq cəhdləri göstərir ki, ABŞ və NATO-nun fəaliyyətlərinə həssaslıqla yanaşmaq lazımdır.
Laricani terrorizm və zorakı ifratçılığın dünyaya qarşı dağıdıcı təhdid olduğunu deyərək bildirib: Suriya, İraq, Yəmən, Əfqanıstan və Liviya kimi ölkələrdə minlərlə günahsız insanın qətlə yetirilməsi və milyonlarla insanın didərgin düşməsi bu fenomenin nəhs nəticələridir.
İran parlamentinin sədri deyib: Uydurma cərəyan olan təkfirçi-vəhhabi ideologiyası dünyanın müxtəlif məntəqələrində terrorçu cərəyanları stimullaşdıran əsas amil olaraq qalır.
Laricani bildirib ki, İran və Rusiya eləcə də bəzi region ölkələrin birgə səyləri nəticəsində İŞİD və onun tabeliyində olan qruplar son dərəcə zəifləyib amma Orta şərqdə böhranın davam etməsini öz mənafelərinə uyğun hesab edənlər regionda separatizm çərçivəsində yeni böhranlar yaratmağı düşünürlər.