Rusiya Trampın İran və nüvə anlaşması ilə bağlı mövqeyini rədd etdi
https://azeri.sahartv.ir/news/İran-i285131-rusiya_trampın_İran_və_nüvə_anlaşması_ilə_bağlı_mövqeyini_rədd_etdi
Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, ABŞ prezidentinin İran və nüvə anlaşması ilə bağlı mövqeyini rədd edib. Bəyanatda deyilir: Nüvə anlaşmasından öncəki sanksiyalar dövrünə qayıdış imkansızdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2017 07:40 Asia/Baku
  • 
Rusiya Trampın İran və nüvə anlaşması ilə bağlı mövqeyini rədd etdi
    Rusiya Trampın İran və nüvə anlaşması ilə bağlı mövqeyini rədd etdi

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, ABŞ prezidentinin İran və nüvə anlaşması ilə bağlı mövqeyini rədd edib. Bəyanatda deyilir: Nüvə anlaşmasından öncəki sanksiyalar dövrünə qayıdış imkansızdır.

Rusiya Xarici İşlər Nazirliyi cümə günü axşam ABŞ prezidenti Donald Trampın İran və nüvə anlaşması əleyhinə mövqe sərgiləməsini tənqid edib və bildirib: Siyasi məsələlər üçün həll yolu olaraq bu kimi metodlardan istifadəyə səy göstərmək əbəs və nəticəsi olmayan işdir. 

Rusiya Xarici İşlər Nazirliyi daha sonra beynəlxalq münasibətlərdə təhdid və zorakılıq ədəbiyyatından istifadəni qəbul edilməz adlandırıb və deyib: Moskva nüvə anlaşmasına sadiqdir və onu qorumağa çalışacaq. 

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da Trampın İran və nüvə anlaşması ilə bağlı iddiaları və mövqeyinin nigaranlıq doğurduğunu bildirib və deyib: Regionun hazırkı böhranlı durumunda nüvə anlaşması sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə zəmanət verən bir amildir.