Okt 14, 2017 18:12 Asia/Baku
  • İranlı tələbələrin Trampın düşməncəsinə çıxışına etiraz piketi
    İranlı tələbələrin Trampın düşməncəsinə çıxışına etiraz piketi

İran universitetləri tələbələri şənbə günü günorta və əsr namazaında iştirak etdikdən sonra ABŞ prezidentinin son çıxışına etiraz olaraq aksiya təşkil ediblər.

Bu etiraz aksiyalarında tələbələr universitet müəllimləri və işçiləri ilə birlikdə ABŞ prezidenti Donald Trampın İran və nüvə anlaşması ilə bağlı yaramaz sözlərinə etiraz olaraq şüarlar səsləndirib, Amerikanın bayrağını yandırıblar. 

Donald Tramp cümə günü axşam Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə anlaşmasına sadiq qalması və öz öhdəliklərinə əməl etməsi haqdakı hesabatlarına əhəmiyyət verməyərək, İranın nüvə anlaşmasına sədaqətini təsdiq etməyəcəyini bildirib. 

Tramp həmçinin, İran xalqına qarşı puç ittihamlarını yenidən təkrar edib və İranı terrorizmi himayə etməkdə günahlandıraraq, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını sanksiyalar sıyahısına daxil edib. 

ABŞ prezidenti həmçinin, öz çıxışında "Fars Körfəzi" üçün qondarma addan istifadə edib. 

Bu arada iranlı internet istifadəçiləri İnstaqramda Trampın "Fars Körfəzi" üçün qondarma addan istifadə etməsinə etiraz olaraq  persian_gulf# haştaqı başladıblar ki, sayı 900 mini keçib.

İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi də Trampın Fars Körfəzi üçün qondarma addan istifadə etməsinə reaksiya olaraq deyib: Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə həmfikr olması onun Fars Körfəzinin qədim tarixini unutmasına səbəb olub. 

Teqlər