General Səlami: Amerikanın küyçülüyü islami quruluşun etibarına təsir edə bilməz
https://azeri.sahartv.ir/news/İran-i285364-general_səlami_amerikanın_küyçülüyü_islami_quruluşun_etibarına_təsir_edə_bilməz
İslam İnqilabı Keşikçiləri Korpusunun komandan əvəzi ABŞ prezidenti Donald Trampın küyçü və soyuşçu olduğunu bildirərək deyib: Amerikanın küyçülüyü İslami quruluşun gücü və etibarına heç bir təsir edə bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2017 14:17 Asia/Baku
  • General Səlami: Amerikanın küyçülüyü islami quruluşun etibarına təsir edə bilməz
    General Səlami: Amerikanın küyçülüyü islami quruluşun etibarına təsir edə bilməz

İslam İnqilabı Keşikçiləri Korpusunun komandan əvəzi ABŞ prezidenti Donald Trampın küyçü və soyuşçu olduğunu bildirərək deyib: Amerikanın küyçülüyü İslami quruluşun gücü və etibarına heç bir təsir edə bilməz.

İRİB-in verdiyi məlumata görə, General Mayor Hüseyn Dehqan bu gün İranın şimalında Rəşt şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun İmam Xamenei adına Dəniz Universitetinin tələbələrinin təlim kursunun açılışı mərasimidə deyib: ABŞ rəhbərləri xüsusiylə Tramp başda olmaqla dünyanın zalım qüvvələrinin küyçülüyü və əsassız sözləri islami İran xalqının əzəməti və güclülüyü, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-müdafiə qabiliyyətinə heç bir təsir edə bilməz. 

General Səlami Amerikanın müxtəlif ölkələr xüsusiyə beynəlxalq qurumlar arasında hegemoniyasının gün-gündən zəifləməsini şərh edərək deyib: Bu gün hətta qərb dövlətləri belə ABŞ prezidentinin tamahkarlığına qarşı olduqlarını bildirir və bu dünyanın siyasi durumunda ciddi dəyişikliklərdən xəbər verir.