General Palkovnik Cəfəri: Müdafiə hazırlığı İranın qəti prioritetidir
-
General Palkovnik Cəfəri
İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı müdafiə hazırlığının İran İslam Respublikasının qəti prioriteti olduğunu bildirərək deyib: Sepah İran xalqını düşmənlər qarşısında mühafizə edir.
SepahNyusun verdiyi məlumata görə, General Palkovnik Məhəmmədəli Cəfəri bu gün bir bəyanatda xalq və hökumət rəsmilərinin Amerikanın hakim dairələrinin psixoloji hücumu qarşısında Sepahı müşayiət etdikləri və onunla həmrəyliklərini bildirmələrinə görə öz təşəkkürünü bildirərək deyib: Xalq və hökumət rəmilərinin İslam İnqilabı Keşikçiləri Korpusuna dəstəyinin həcmi və keyfiyyəti göstərir ki, biz islam inqilabının təkamül prossesinin növbəti mərhələsinin başlanğıcındayıq.
General Cəfəri deyib: Düşmən bütün səmərəsiz təhdidlərini böyük İran xalqına qarşı işə salmaqla göstərdi ki, hələ düşmənlə qarşılaşmaq üçün müdafiə hazırlığının artırılması İranın qəti prioritetidir.
Sepahın baş komandanı ABŞ prezidenti Donald Trampın həyasız sözlərinə toxunaraq deyib: Tramp bu kimi səviyyəsiz hərəkətləri ilə Amerikanı daha da yer üzündən silmək istiqamətinə surukləmiş olur.
Öncə də İslam İnqilabının Keşikçiləri Korpusu bir bəyanatda İran xalqı və dövlət rəsmilərinin Trampın Sepaha qarşı həyasız bəyanatları qarşısında bu inqilabçı quruma dəstəklərini yüksək qiymətləndirərək bildirmişdir ki, ABŞ prezidentinin Sepaha qarşı zalım sanksiyaların tətbiq edilməsinə dair düşmən mövqeləri Ağ ev və sionist rejim başçılarının regionun xəritəsinin dəyişdirilməsi və müsəlman ölkələrin parçalanması və zəiflədilməsinə dair siyasətlərinin məğlubiyyətə uğramasındakı önəmli rolunu göstərir.