Okt 20, 2017 17:41 Asia/Baku
  • Cahangiri: İran radikallıq və zorakılıq əleyhinə dünya birliyinin təşəbbüskarıdır
    Cahangiri: İran radikallıq və zorakılıq əleyhinə dünya birliyinin təşəbbüskarıdır

İran İslam Respublikasının vitse-prezidenti deyib: İran radikallıq və zorakılıq əleyhinə, eləcə də birgə mənafe və uduş-uduş strategiyasına əsaslanan dialoqun himayəsi üzrə dünya birliyinin təşəbbüskarıdır.

İshaq Cahangiri Türkiyənin İstanbul şəhərində D-8 qrupuna üzv dövlətlərin 9-cu zirvə toplantısında beynəlxalq və regional böhranların yeganə həll yolunu dialoq adlandırıb və deyib: Bugünkü dünyanın müxtəlif böhran və təhdidlərinin yaranmasının səbəbi müstəmləkəçilik, müdaxiləçi siyasətlərin tətbiq olunması, regional radikallıq və zorakılığın genişlənməsidir. 

Cahangiri islam ölkələrinin ABŞ-ın hazırkı hökuməti və sionist rejimin müstəmləkəçi və radikal siyasətləri ilə mübarizə aparmalarını vurğulayaraq deyib: Dialoq və diplomatik həll yollarının yerini hərbi və sərt həll yolları tutmamalı və islam məmləkətlərində günahsız insanlar qətlə yetirilməməlidir. 

Cahangiri bildirib: Təəssüflər olsun ki, məzlum Fələstin, İraq, Əfqanıstan, Yəmən və Bəhreyn xalqları müharibə odunda yanırlar və Myanmanın rohinca müsəlmanları da soyqırımı və radikallıqla üzləşiblər. 

İranın vitse-prezidenti həmçinin İraq Kürdüstanında qeyri-qanuni referendumun keçirilməsini İraqın ərazi bütövlüyü və regionun təhlükəsizliyi üçün hədə adlandırıb. 

Teqlər