İnqilab Rəhbəri: Ayətullah Seyid Mustafa Xomeyni istedadlı, şücaətli şəxsiyət idi
İslam İnqilabının Böyük Rəhbəri mərhum Ayətullah Hacı Seyid Mustafa Xomeynini müxtəlif cəhətlərdən böyük şəxsiyyət adlandırıblar.
Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər mərhum Ayətullah Hacı Seyid Mustafa Xomeyninin 40-cı ildönümü ərəfəsində onun anılmasına həsr olunmuş konfransın təşkilatçılarını qəbul ediblər.
İnqilab Rəhbəri bildiriblər: O istedad və zəka, şücaət və mübarizə ruhiyyəsi baxımından mükəmməl insan idi. Onun elmi və təfəkkür mövqeyinin ictimaiyyətə və bugünkü nəslə tanıtdırılması çox yaxşı və lazımi işdir.
İslam İnqilabının Böyük Rəhbəri 1342-ci günəş ilində (1963) İmam Xomeyninin (rə) həbs edilməsi ilə bağlı önəmli hadisədə mərhum Hacı Seyid Mustafanın təsiredici roluna toxunub və bildiriblər: O mərhum o zamanda Həzrət Məsumənin (s.ə) ziyarətgahının həyətinə getməklə, mübarizlərin onun başına toplanması ilə böyük və şücaətli iş gördü və ictimai hərəkəti idarə edə bildi.
İnqilab Rəhbəri 1356-cı günəş ili 1 abanda (1977-ci il 23 oktyabr) Hacı Seyid Mustafa Xomeyninin sirli və qəribə şəkildə vəfat etməsini də ictimai hərəkatın yaranmasına səbəb olan hadisə adlandırıb və deyiblər: İmam Xomeyninin (rə) ilahi lütflərdən adlandırdığı bu ağır itki ilə qarşılaşması bu müsibətə dözmək və səbir etməkdə İmamın böyük şəxsiyyətinin bir hissəsini əks etdirdi.
İslam İnqilabının Böyük Rəhbəri mərhum Hacı Seyid Mustafa Xomeyninin sadə yaşam tərzi, təvazökarlığı və digər dini cəhətlərə malik olduğuna toxunub və xatırladıblar: O mərhumda İmam Xomeyni (rə) kimi böyük şəxsiyyətin övladı olmasına rəğmən, özünü böyütmək və şişirtmək nişanəsi əsla yox idi.