İraqın baş naziri Tehranda
Tehrana səfər edən İraqın baş naziri Heydər Əl-İbadi Sədabad saray kompleksində İranın vitse-prezidenti İshaq Cahangiri tərəfindən rəsmən qarşılanıb.
İshaq Cahangiri və Heydər Əl-İbadi bu gün səhər İran və İraqın milli himninin səsləndirilməsindən sonra xüsusi qaravul dəstəsinin önündən keçiblər.
Rəsmi qarşılama mərasiminin ardınca İranın vitse-prezidenti ilə İraqın baş naziri arasında ikitərəfli danışıqlar olub. Görüşün əsas müzakirə mövzusu ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər olub.
İraqın baş naziri Heydər Əl-İbadi Tehrana olan bir günlük səfəri çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə görüşüb, ikitərəfli əlaqələr, siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlıqları üzrə danışıqlar aparıb, regionun gələcəyi və İŞİD-dən sonrakı dövrlə bağlı əməkdaşlıqlar haqda məsləhətləşmələr həyata keçirəcək. Müzakirələrdə İraqın ərazi bütövlüyünün qorunması məsələsi də diqqət mərkəzində saxlanılacaq.
İraqın baş naziri çərşənbə günü axşam Türkiyəyə olan bir günlük səfərinin sonunda Tehrana səfər edib. Bu, Heydər Əl-İbadinin ötən bir ildə Tehrana olan ikinci səfəridir.