Şəmxani: İraq bəzi ərəb ölkələri kimi diktatorcasına idarə olunmur
İran Mill Təhlükəsizlik Ali Şurasının katibi ABŞ dövlət katibinin İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi-yə qarşı son sözlərinə reaksiyada deyib: Reks Tillerson elən zənn edir ki, İraq da Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv bəzi ölkələr kimi diktatorcasına və xanədan istibdadı formasında idarə edilir.
Əli Şəmxani dünən gecə Livanın Əlməyadin telekanalı ilə söhbətdə İraqın parlament və dövlətə malik olduğunu vurğulayaraq, deyib: Amerika İranla əlaqə və anlaşma tərzi barədə öz nəzərlərini İraqa diktə edə bilməz.
ABŞ-ın dövlət katibi bazar günü Ərriyadda Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr ilə görüşdə belə iddia edib: İraqda İŞİD ilə döyüşən şiə yarımhərbçilərin işi hazırda başa çatıb və onlar öz ölkələrinə geri dönməlidirlər.
İraqın baş naziri Heydər Əlibadi Tillersonun bu sözlərinə reaksiyada vurğulayıb ki, İraqın xalq səfərbər qüvvələri bu ölkənin və regionun ümididirlər.