Ayətullah Emami-Kaşani: İranın müdafiə qüdrəti müzakirə oluna bilməz
Tehranın cümə namazı xitabətçisi düşmənlərin İranın müdafiə qüdrəti barədə müzakirə üzrə addımlarına toxunaraq, vurğulayıb: İranın qüdrəti və müdafiə vasitələri heç bir vəchlə müzakirə oluna bilməz.
Ayətullah Mohəmməd Emami-Kaşani Tehranın buhəftəki cümə namazı xütbələrində deyib: İran rəsmiləri İslam Respublikasının müdafiə qüdrətinin artırılması üçün hər bir vasitəni təşkil edəcəklər.
Ayətullah Emami-Kaşani həmçinin İraqın baş naziri Heydər Əlibadinin İrana olan səfərinə və onun İslam İnqilabının Böyük Rəhbəri ilə görüşünə işarə edərək, söyləyib: İraqlılar amerikalılara etimad etməməlidirlər, zira Amerikaya etimad edən hər bir ölkə məhv olub və dəyərləri aradan götürülübdür.
Tehranın cümə namazı xitabətçisi İraqın ordusu və xalq qüvvələrini terrorçularla döyüşdəki qələbələri və bu ölkənin parçalanmasının qarşısını almaları münasibətilə təbrik edərək, deyib: İraqın mərcəiyyəti, məsul şəxsləri, ordusu və xalq qüvvələrinin hər biri bu qələbələrdə mühüm rol oynayıbdır.
Tehranın cümə namazı xitabətçisi həmçinin ABŞ prezidentinin İrana qarşı düşmənçilik sözləri barədə deyib: Bu ədəbsiz ifadələr hiddət və düşmənçilikdən irəli gəlir, zira Amerika İran xalqının şəhadət, rəşadət və şücaətdən qaynaqlanan fikrini aradan götürmək istəyir.
Ayətullah Emami-Kaşani Hüseyn(ə) ərbəini mərasiminə də işarə edib. O, deyib: Dünya zülm ilə mübarizə səmtinə doğru irəliləyir və bu yürüş göstərir ki, dünya xalqları məhz zülm ilə mübarizədə şəhadət və fədakarlıq yolu olan İmam Hüseyn(ə)-ın yolunu öz sərlövhəsi qərar veribdir.