Okt 28, 2017 09:14 Asia/Baku
  • IRIB-nin İtaliyada həbs olunmuş müxbiri azad edilib
    IRIB-nin İtaliyada həbs olunmuş müxbiri azad edilib

Bu gün Milan hava limanında IRIB-nin müxbiri Həmid Məsuminejadı həbs etmiş İtaliya polisi təqribən iki saatdan sonra onu azad edibdir.

Qohumlarından birinin dəfn mərasimində iştirak etmək üçün İrana gəlmiş Məsuminejad bu gün İtaliyaya geri döndükdən sonra Milan hava limanında İtaliya polisi tərəfindən həbs olunub. Məsuminejadın sözlərinə görə, polis onun şəxsi vəsaitlərini güclü təftişdən və dəqiq nəzarətdən sonra heç bir izahat vermədən onu azad edib. Məsuminejad polisin bu hərəkətinə kəskin etiraz edib və bildirib ki, onun adı IRIB müxbiri kimi İtaliya xarici işlər nazirliyinin siyahısında rəsmən qeydə alınıb və polisin bu rəftarı qəbuledilməzdir. O, deyib: Adətən hava limanlarında şəxslərin adi nəzarətdən keçirilmələri on dəqiqə davam edir, amma o, iki saata yaxın həbs olunub və sonda heç bir izahat verilmədən onu azad ediblər. Son zamanlar cənab Məsuminejadın bank hesabı da həmin şöbədə 25 il maliyyə fəaliyyətindən sonra bank tərəfindən qaneedici izahat verilmədən dondurulubdur.

Teqlər