İranlı nazir Rusiya dəmiryolu şirkətinin başçısı ilə görüşüb
Okt 28, 2017 06:14 Asia/Baku
-
İranlı nazir Rusiya dəmiryolu şirkətinin başçısı ilə görüşüb
İran İslam Respublikası yol və şəhərsalma naziri Abbas Axundi, dünən Rusiyanın dəmiryolu başçısı Oleq Belazerov ilə görüşüb. Görüşdə "Gərmsar-İncə burun" dəmiryolunun elektrikləşdirilməsi vurğulanıb.
Mehr xəbər agentliyinin verdiyi məlumamta görə, görüşdə tərəflər iki ölkə dəmiryolu rəhbərlərinin davamlı görüşlərindən razı qaldıqlarını və bunun iki ölkə arasında bu sahədə əməkdaşlıqların daha da genişlənməsinə zəmin yaradacağını bildiriblər.
Tərəflər mövcud nəqliyyat koridorları xüsusi ilə də şimal-cənub koridorunun ticariləşdirilməsinin vacibliyinə təkid edərək Xəzər dənizinin şərq və qərbində mövcud dəmiryolu potensialından maksimum istifadə edilməsini vurğulayıblar.
İranın yol və şəhərsalma naziri cümə axşamı Moskvaya səfər edib.
Teqlər