Ruhani: Elm və tədqiqat üçün sərhəd yoxdur
İran İslam Respublikası prezidenti deyib: 9 mindən çox sümük iliyi təməl hüceyrələrinin transplantasiyası əməliyyatı, İranın tibb sahəsindəki parlaq fəaliyyətini göstərir.
Həsən Ruhani bu gün Tehranda keçirilən Asiya və Okeaniya üzrə sümük iliyi köçürülməsi mövzusunda beynəlxalq konqresə müraciətində bildirib: Elm və tətqiqatın həddi-hüdudu yoxdur və elm və düşüncə digər məsələlər xüsusiylə də siyasətin təsiri altına düşməməlidir.
İran prezidenti bu konqresin keçirilməsinin islami İranda elm və hikmət üçün növbəti iftixar olduğunu bildirib və bu konqresin eləcə də digər elmi iclasların düşüncə, mübadiləsi, tədqiqat, müasir texnologiyanın əldə olunmasına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Həsən Ruhani dünya səviyyəsində son elmi tərəqqiyə toxunaraq bildirib: İran İslam Respublikası zəngin insani potensiala , zəngin İran-İslam mədəniyyətindən mənşə alan stimula sövkənərək , dünyanın elmi inkişafı ilə birgə hərəkət edir və regionda öncül ölkələrdən biri olaraq iftixarlı nailiyyətlər əldə etmişdir.
Asiya və Okeaniya üzrə sümük iliyi köçürülməsi mövzusunda 23-cü beynəlxalq konqres bu gün Tehranda öz işinə başlayıb və iki gün davam edəcək.
Asiya və Okeaniya üzrə sümük iliyi köçürülməsi qrupunun üzvləri Çin. HonKonq, Hindistan, İndoneziya, Yaponiya, Cənubi Koreya, Malayziya, Pakistan, Fillipin, Sinqapur, Tailand, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Banqladeş, Monqolistan və Myanmadan ibarətdirlər.