Ənzəli ilə Həştərxan arasında əməkdaşlıq memorandumu imzalanıb
-
Ənzəli ilə Həştərxan arasında əməkdaşlıq memorandumu imzalanıb
İranın şimalında Ənzəli azad ticarət zonasının icraçı müdiri deyib: Rusiyanın Həştərxan limanının Lotus iqtisadi zonasının 20 hektar ərazisi, imzalanmış əməkdaşlıq sənədi əsasında Ənzəli limanı ilə əməkdaşlıq göstərən iranlı şirkətlər üçün nəzərdə tutulmuşdur.
İRİB-in verdiyi məlumata görə, Rusiyanın Həştərxan şəhərinə səfər etmiş Rza Məsruri bu gün bu səfərin nailiyyətləri barədə deyib: Həştərxanın Lotus azad iqtisadiyyat zonası ilə imzalanmış əməkdaşlıq sənədinə əsasən Lotus İran məhsullarının Avrasiyaya ixracatı və yarımçıq hazırlanan malların təkmilləşdirilməsi mərkəzinə çevriləcək.
Ənzəli Azad Ticarət zonasının icraçı direktoru deyib: Lotus ticarət zonası Avrasiya ölkələri arasında ticarət mübadilələri üçün gömrük güzəştlərinə malik olduğuna görə, İran mallarının Rusiya və ətraf ölkələrə ixracatına fürsət yaradır.
Ənzəli Azad Ticarət Zonasının direktoru bu zona ilə Dağıstan nəqliyyat nazirliyi arasında imzalanmış memoranduma toxunaraq deyib: Həştərxanda ilk turizm gəmisinin istehsalı ilə gələn il Xəzər dənizində dəniz sərnişin nəqliyyatı marşrutu istifadəyə veriləcək.
R.Məsrur Ənzəli və Lotus azad ticarət zonaları arasında əməkdaşlıqların genişləndirilməsinin əhəmiyyətinə toxunaraq deyib: Bu İran və Rusiya arasında ticarət mübadilələrinin genişlənməsi və hər iki ölkə üçün valiyuta gəlirlərinin artmasına səbəb olacaq.