Amano Tehrana daxil olub
Okt 29, 2017 09:21 Asia/Baku
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru yüksək səviyyəli İran rəsmiləri ilə görüşmək üçün şənbə günü gecə Tehrana daxil olub.
İRNA-nın məlumatına görə, Yukiya Amano bu gün İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşəcək.
Amano, İranın İslam Respublikasının əlaqədar rəsmiləri ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məsul şəxsləri arasında qarşılıqlı görüşlərin davamında, həmçinin əməkdaşlıqların son durumu və iki tərəfin nüvə anlaşması ilə bağlı müxtəlif sahələrdəki əlaqələri, müahidə məsələləri, eləcə də dinc məqsədli məsələlərdə nüvə həmkarlıqlarının nəzərdən keçirilməsi niyyəti ilə Tehrana səfər edib.