İranın nüvə tərkisilahı barədə qətnamə layihəsi qəbul olunub
https://azeri.sahartv.ir/news/İran-i285850-İranın_nüvə_tərkisilahı_barədə_qətnamə_layihəsi_qəbul_olunub
İranın nüvə tərkisilahı barədə qətnamə layihəsi ABŞ-ın və onun müttəfiqlərinin müxalifətlərinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Tərksilah Komitəsində 112 ölkənin lehinə səsi ilə qəbul olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2017 06:16 Asia/Baku
  • İranın nüvə tərkisilahı barədə qətnamə layihəsi qəbul olunub
    İranın nüvə tərkisilahı barədə qətnamə layihəsi qəbul olunub

İranın nüvə tərkisilahı barədə qətnamə layihəsi ABŞ-ın və onun müttəfiqlərinin müxalifətlərinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Tərksilah Komitəsində 112 ölkənin lehinə səsi ilə qəbul olunub.

Bu qətnamə nüvə silahlarının yayılmaması haqqındakı müahidə- NPT çərçivəsində nüvə ölkələrinin nüvə tərkisilahı barədəki öhdəliklərinin icra edilməsini istəyir.

Qətnamənin ilkin mətni öncə İran heyəti tərəfindən BMT-nin Beynəlxalq Təhlükəsizlik və Tərkisilah Komitəsinə təqdim olunmuşdu. Qətnamə NPT-yə üzv dövlətlərin 1995, 2000 və 2010-cu illərdə keçirilmiş konfranslarda qəbul etdikləri öhdəliklərin icrasının izlənilməsini istəyir.

Bu qətnamə ABŞ, sionist rejim, Avropa İttifaqı ölkələri, eləcə də Amerikanın başlıca olaraq, qərbli müttəfiqlərindən bir neçəsinin müxalifətinə rəğmən, bloklara qoşulmayan ölkələrin böyük əksəriyyətli səsi ilə qəbul olunub.

Qətnamə nüvə silahlarına malik olan ölkələrdən şəffaflıq, geriyə dönməmə və beynəlxalq nəzarət prinsiplərinə əsasən, nüvə cəbbəxanalarının tam şəkildə məhvinə dair öhdəliklərinin icrası istiqamətində lazımi addımlar atmalarını istəyir.