Okt 29, 2017 13:31 Asia/Baku
  • Ruhani: Əcnəbilərlə mübarizənin əsas yükü universitetin üzərinə düşür
    Ruhani: Əcnəbilərlə mübarizənin əsas yükü universitetin üzərinə düşür

Əcnəbilər və müstəmləkiçiliklə mübarizənin əsas yükü universitetin üzərinə düşür. Bunu İran prezidenti deyib. O, qeyd edib ki, İran üçün problemin yarandığı yerdə universitet onun həllinin ön sırasında durubdur.

Həsən Ruhani bu gün İran İslam Şurası Məclisində elmlər, tədqiqat və texnologiya, həmçinin energetika nazirliklərinə irəli sürdüyü namizədlərə səsvermə iclasında sonra belə qeyd edib: Dövlət müqavimət iqtisadiyyatının icrası, beynəlxalq təşkilatlarda İran xalqının hüquqlarının müdafiəsi, ölkənin idarəsi, eləcə də yaxşı və başıuca siyasi əlaqələrə malik olmaq üçün universitetə ehtiyaclıdır.

İran prezidenti vurğulayıb ki, tələbə iş bazarına daxil olmaq üçün elm və məharətə sahib olmalıdır. O, elmlər, tədqiqat və texnologiya nazirliyindən istəyibdir ki, dünya səviyyəsində universitet işçilərinin rəqabəti üçün şərait yaratsın.

Ruhani həmçinin su məsələsini İranın əsas məsələlərindən biri adlandırıb və belə deyib: İranda maksimum investisiya sudan düzgün istifadə və tələb sahəsində həyata keçirilməlidir.

İran prezidenti İran dövlətinin kənd təsərrüfatı sahəsindəki münasibətini "su, minimum ərazi və maksimum məhsul" adlandırıb və bildirib ki, "ölkədən kənar becərmə" su mənbələrinin idarə olunması üsullarındandır.

Teqlər