Okt 29, 2017 15:03 Asia/Baku
  • Ruhani: İranın müdafiə qabiliyyəti kursu heç bir beynəlxalq qanunla təzadda deyil

İran İslam Respublikasının prezidenti bildirib ki, İran özünü müdafiə üçün ehtiyac duyduğu silahın istehsalında tərəddüd etməyəcək. O, deyib: İranın müdafiə qabiliyyəti kursu güclüdür və heç bir beynəlxalq qanunla təzadda deyil.

Həsən Ruhani bu gün səhər İran İslam Şurası Məclisində təklif olunmuş nazirlərə səsvermə iclasında deyib: İran İslam Respublikası öz xalqının maraqları və təhlükəsizliyini müdafiə etmək üçün raket qabiliyyətini artırmağı davam etdirəcək.

Ruhani həmçinin ABŞ-ın nüvə anlaşması qarşısındakı sabotajı və sədaqətsizliyinə işarə edərək, vurğulayıb: Amerika bu rəftarla dünyaya etimadedilməz bir dövlət olduğunu göstərdi.

İran İslam Respublikasının prezidenti Amerikanın terror qruplarına dəstək verməsinə də toxunub. Bildirib ki, Amerika region ölkələrinin, o sıradan İraq, Suriya və Əfqanıstanın səbatsızlığı amilidir.

Teqlər