Okt 29, 2017 18:17 Asia/Baku
  • Ruhani AEBA-nın tərəfsizliyinin qorunmasını vurğulayıb

İran İslam Respublikasının prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin istiqlaliyyəti və tərəfsizliyinin qorunması vacibliyini vurğulayıb. O, agentliyin İranın nüvə anlaşmasına sədaqətini təsdiqləyən yeganə mərkəz olduğunu bildirib və qeyd edib ki, nüvə anlaşmasının konkret meyarı var və İranın əməlinin ülgüsü də məhz bu meyarlardırlar.

Həsən Ruhani bu gün Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru- Yukiya Amano ilə görüşdə bildirib ki, agentlik bu etapadək nüvə anlaşmasının sabitliyi və icrası tərzində müsbət və faydalı rol oyanıb. O, qeyd edib ki, İranın agentliklə həmkarlıqları məcmusu tam və diqqətəlayiq olubdur.

Ruhani deyib ki, İran agentliyin müahidəsi, beynəlxalq qanunlar və nüvə anlaşması çərçivəsində agentliklə həmkarlıqlarını genişləndirməyə hazırdır. O, əlavə edib: İranın iradəsi beynəlxalq qanunlar çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıqlarını genişləndirməyə əsaslanır. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru- Yukiya Amano da bu görüşdə nüvə anlaşmasını son dərəcə yaxşı bir anlaşma adlandırıb və İranın bu anlaşmadakı öhdəliklərinə əməl etmək üzrə sədaqətini yüksək dəyərləndirərək, vurğulayıb: Agentliyin etibarı önəmlidir və o, mövqelərdə öz tərəfsizliyini davam etdirərək, həqiqətlərə və müahidələrə əsasən, real hesabatları təqdim edəcək.

Teqlər