Şimal-Cənub dəhlizi; İİR-Rusiya-AR müzakirələrinin əsas mehvəri
-
İbrahim Rəhimpur
İran xarici işlər nazirinin müavini Rusiya və Azərbaycan Respublikası prezidentlərinin Tehran səfərinə toxunaraq, deyib: Üçtərəfli müzakirələrin əsas mehvəri Şimal-Cənub dəhlizi, region olayları, Astana müzakirələri və nüvə anlaşmasıdır.
İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini İbrahim Rəhimpur dünən axşam müxbirlər qarşısında Rusiya və Azərbaycan Respublikası prezidentləri Vladimir Putin və İlham Əliyevin üçtəfərli müzakirələr üçün noyabrın birində Tehrana olacaq səfərləri haqda belə deyib: Bu müzakirələrin əsas mövzusu, Şimal-Cənub dəhlizidir və İranın tranzit, turizm və ticarət sahələrindəki imkanlarına əsasən, Tehran, Moskva və Bakı bu sahələrdə bir-birilərilə həmkarlıq edə bilərlər.
Rəhimpur bildirib ki, nüvə anlaşması İran, Rusiya və Azərbaycan Respublikasının üçtərəfli müzakirələrinin digər mövzularından olacaq. O, əlavə edib: Rusiya və Azərbaycan Respublikası daim nüvə anlaşması qarşısında İranı himayə ediblər və təbii olaraq, hər iki ölkə ilə nüvə anlaşması haqqında müzakirə aparılacaq.
İran xarici işlər nazirinin müavini Astana müzakirələri, Suriya böhranı və region olaylarını Rusiya və Azərbaycan Respublikası prezidentlərinin Tehrana olacaq səfərlərində iki və üçtərəfli müzakirələrin digər mövzularından adlandırıb.
Rəhimpur İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü haqda isə belə deyib: İran əslində Şanxay Əməkdaşlıq Təşkilatı ilə həmkarlıq edir, amma Tehranın rəsmi nəzarətçi olması çox ciddi dəyişikliklər yaratmayacaq, buna görə, İran İslam Respublikasının bu təşkilata üzv olması üçün müəyyən mərhələlər həyata keçirilməlidir.