İran-Rusiya-Türkiyə üçtərəfli Astana iclası
-
İran-Rusiya-Türkiyə üçtərəfli Astana iclası
Qazaxıstanın paytaxtı Astanada keçirilən müzakirələrin yeddinci dövründə Suriyada atəşkəsə zəmanətçi ölkələr kimi İran, Rusiya və Türkiyənin üçtərəfli iclası təşkil olunub.
Astana müzakirələrində İranın baş müzakirəçisi Hüseyn Caberi Ənsari, Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Türkiyə xarici işlər nazirinin müavini Sedat Onal bu gün axşam bu üçtərəfli iclasda Astana müzakirələrinin bu mərhələsində bəhs olunan sənədlər barədə fikir mübadiləsi aparıblar.
Suriyanın mədəni irs məkanlarının qorunması və humanitar məqsədlərlə, həmçinin həbs olunmuş, oğurlanmış şəxslərin, eləcə də öldürülmüş şəxslərin cəsədlərinin mübadiləsi sənədi Astanada keçirilən müzakirələrin yeddinci dövründə nəzərdən keçirilən sənədlərdəndir.
İranın Astana müzakirələrində iştirak edən nümayəndə heyəti bu gün günortadan öncə də ayrı-ayrılıqda Suriya və Rusiya heyətlərilə danışıqlar aparıbdır.
Bu, cari müzakirələrdə iştirak edən heyətlərin sonuncu iclasıdır. Sabah isə iki və üçtərəfli müzakirələr davam edəcəkdir.
İran, Rusiya və Türkiyənin təşəbbüsü olan "Astana prosesi" Suriya böhranının siyasi həlli məqsədilə formalaşıb və indiyədək Astanada suriyalı-suriyalı müzakirələrin altı dövrü keçirilibdir.