Ruhani: Amerikalılar İran xalqını məyus etmək istəyirlər
İran İslam Respublikasının prezidenti deyib: Amerikalılar fitnə ardıncadırlar və onların əsas fitnəsi budur ki, xalqımızda ölkənin inkişafı və iqtisadiyyatının gələcəyi barədə tərəddüd yaratsınlar.
IRNA-nın məlumatına görə, Həsən Ruhani dünən gecə məhkəmə və qanunvericilik hakimiyyətlərinin sədrlərilə birgə yığıncağın sonunda milli həmrəyliyi qoruduqlarına görə, İranın xalqına və məsul şəxslərinə təşəkkür edib.
İmperializmin regionda terrorizmi yaymağa və əmin-amansızlıq yaratmağa can atdığını qeyd edən icra hakimiyyətinin başçısı bildirib ki, bütün fitnələrə baxmayaraq, hazırda region bu problemi adlamaqdadır.
Ölkə prezidenti imperializmin region ölkələrinin coğrafi sərhədlərində dəyişiklik aparmağa çalışdığını xüsusilə nəzərə çatdırıb. O, bildirib ki, dünyanın zalım qüvvələrinin oxu bu meydanda da daşa dəyib və onlar uğur qazana bilməyiblər.
“Dünyanın zalım qüvvələri öz silahlarını satmaq məqsədilə regionda ixtilaf törətmək üzrə cəhdlərini davam etdirməkdədirlər”-deyən prezident vurğulayıb: Biz regionda mövcud olan ixtilafları aradan qaldırmaq üçün əməkdaşlıqları artırmalı və həll yolu tapmalıyıq.