İraqda iranlı zəvvarları daşıyan mikroavtobus aşıb
https://azeri.sahartv.ir/news/İran-i285940-İraqda_iranlı_zəvvarları_daşıyan_mikroavtobus_aşıb
İraqın Babil vilayətinin mərkəzi olan Hillə şəhərinin cənubunda iranlı zəvvarları daşıyan mikroavtobusun aşması nəticəsində dörd zəvvar həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2017 08:48 Asia/Baku
  • İraqda iranlı zəvvarları daşıyan mikroavtobus aşıb
    İraqda iranlı zəvvarları daşıyan mikroavtobus aşıb

İraqın Babil vilayətinin mərkəzi olan Hillə şəhərinin cənubunda iranlı zəvvarları daşıyan mikroavtobusun aşması nəticəsində dörd zəvvar həyatını itirib.

Dünən gecə baş vermiş bu hadisədə on dörd iranlı zəvvar da yaralanıbdır.

İraqlı mənbələrin bildirdiklərinə görə, yaralılar Hillə xəstəxanasına köçürülüblər.

1439-cu hicri qəməri ili səfər ayının iyirmisi və 2017-ci milad ili noyabrın doqquzu, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının ərbəin günüdür. Bütün dünyadan olan milyonlarla zəvvar həmin gündə İmam Hüseyn(ə) ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubundakı Kərbəla şəhərinə daxil olacaq.

Ötən il iki milyon iranlı zəvvar İmam Hüseyn(ə) ərbəini mərasimində iştirak etmişdi.