Zərif: ABŞ-ın xarici siyasətinin əsası xoşməramlılıq deyil
İran İslam Respublikasının xariciişlər naziri ABŞ-ın xüsusilə yeni hökumətinin xarici siyasətinin xoşməramlılığa əsaslanmadığını deyərək, Donald Trampın prezidentliyinin elə ilk günlərindən fırıldaqçılıq ABŞ-ın xarici siyasətinin əsasına çevrilib.
Məhəmməd Cavad Zərif çərşənbə axşamı İslam Şurası Məclisi Xəbər Agentliyi ilə müsahibədə deyib: Beynəlxalq hüquqa əsasən Amerika kimi beynəlxalq anlaşmalara xoşməramlılıqla əməl etməyən ölkələr "xoşməramlılığın olmaması" kimi mühüm bir çatışmazlıq ilə üzləşirlər.
Zərif ABŞ Konqresinin qərarlarının nüvə anlaşmasının taleyinə təsir gücü haqda da deyib: ABŞ-ın daxili qanunları sadəcə bu ölkənin özünə aid olan bir məsələdir və ABŞ hökuməti Konqresin qərarları arxasında gizlənə bilməz. İran İslam Respublikası sonda ABŞ-ın rəftarlarını əsas götürərək, lazımi tədbirlərə əl atacaq.
İranın xarici işlər naziri amerikalıların qarışıqlıq yaratmaqla İran İslam Respublikasının nüvə anlaşmasından faydalanmasına mane olmağa çalışdıqlarını deyərək, əlavə edib: Bu metod xoşməramlılıqdan uzaq olmaqla yanaşı, nüvə anlaşmasının 26, 28 və 29-cu bəndlərinə də ziddir.
ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasını imzalayan digər ölkələr o cümlədən Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa Birliyinin əksinə olaraq, nüvə anlaşmasını "dəhşətli anlaşma" adlandırıb.