Rusiya prezidenti Tehrana daxil olub
Rusiya prezidenti İran İslam Respublikası, Azərbaycan Respublikası və Rusiya başçılarının ikinci üç tərəfli iclasında iştitirak etmək üçün Tehrana daxil olub.
Vladimir Putin bu gün günorta Tehranın Mehrabad hava limanına daxil olarkən İranın iqtisadiyyat və maliyyə naziri Mahmud Kərbasiyan tərəfindən qarşılanıb.
İran, Rusiya və Azərbaycan prezidentlərinin ikinci üç tərəfli iclası bu gün Tehranda təşkil olunacaq.
Görüşdə üç ölkə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlıqlar, region və dünyanın son hadisələri, şimal-cənub nəqliyyat dəhlizi və İran ilə 5+1 qrupu arasında Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası araşdırılacaq.
Rusiya və Azərbaycan prezidentləri bu gün həmçinin islam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşəcəklər.
İran, Rusiya və Azərbaycan prezidentlərinin ilk üç tərəfli görüşü ötən milad ilinin avqust ayında Bakıda keçirilmişdi.