Ruhani: Tehran və Bakının iradəsi əməkdaşlıqların hərtərəfli formada möhkəmləndirilməsidir
İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehran - Bakı əlaqələrinin inkişaf etməkdə olduğunu bildirib və deyib: İran və Azərbaycanın iradəsi əlaqələr və əməkdaşlıqların hərtərəfli formada genişləndirilməsi və möhkəmləndirilməsidir.
Həsən Ruhani çərşənbə günü Tehranda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb, danışıqlar aparıb.
İran prezidenti bu görüşdə iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında davamlı şəkildə görüşlərin keçirilməsi və danışıqların aparılmasını Tehran və Bakı arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi çərçivəsində adlandırıb və deyib: İran və Azərbaycanın ehtiyaclarının təmin edilməsi üçün iki ölkənin mövcud potensiallarından daha artıq istifadəyə səy göstərilməlidir.
Həsən Ruhani İranın Rəşt şəhəri ilə Azərbaycanın Astara şəhəri arasında dəmir yolu xəttinin çəkilməsini iki ölkə arasında olan və şimal - cənub nəqliyyat marşrutunun təkmilləşdirilməsi istiqamətind olan birgə layihələrdən adlandırıb və deyib: Bu tranzit xəttindən Oman dənizi və Fars Körfəzindən Qafqaz və Avropaya yüklərin nəql olunması üçün istifadə etmək olar.
İran İslam Respublikası prezidenti həmçinin, iqtisadi - ticarət əlaqələrində milli valyutadan istifadənin edilməsinə, gömrük taariflərinin sadələşdirilməsinə və bank əlaqələrinin inkişaf etdirilməsinə təkid edərək, tranzit və yüklərin daşınması sahəsindəki əməkdaşlıqları və birgə sərmayə qoyuluşlarının artırılmasını İran və Azərbaycan arasında digər əməkdaşlıq sahələrindən adlandırıb.
Ruhani İran və Azərbaycanın siyasi, regional və beynəlxalq məsələlərlə bağlı ahəngdarlıqlarını artırmalı olduqlarını vurğulayaraq, deyib: Bu gün Myanma, Suriya və Yəməndə müsəlmanlar problemlərlə üz-üzədirlər. Bu problemlərin aradan qaldırılması və bu ölkələrdə sabitliyin təmin edilməsi üçün siyasi səylər göstərilməlidir.
İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli iclasında iştirak məqsədi ilə Tehrana səfər etmiş Azərbaycan prezidenti İlham Əliyev də bu görüşdə deyib: Üçtərəfli əlaqələrin genişləndirilməsi regionda sülh və sabitliyin bərqərarına habelə, iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Və heç şübhəsiz şimal-cənub dəhlizi və yüklərin daşınması sahəsindəki üçtərəfli əməkdaşlıqlar gələcək üçün çox aydın perspektiv vəd edir.
Azərbaycan prezidenti həmçinin, regionda terrorizm ilə mübarizənin hazırkı durumundan razılıq edərək, deyib: İran regionda sülh və sabitliyin təmin edilməsi, habelə, terrorizm ilə mübarizədə təsirli rola malikdir.
İlham Əliyev həmçinin, Myanma müsəlmanlarının acınacaqlı durumuna işarə edərək, Azərbaycanın Myanma müsəlmanlarına humanitar yardımların göndərilməsi məqsədi ilə İran İslam Respublikası ilə birgə əməkdaşlığa hazır olduğunu bildirib.