Noy 01, 2017 17:35 Asia/Baku
  • İran Nyu-Yorkda törədilən terror aktını qınadı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nyu-Yorkun Manhetten məhəlləsində törədilən terror aktını qınayıb və deyib: Terrorizm ilə mübarizənin yeganə yolu bütün ölkələrin bu nəhs fenomen ilə sədaqətli və şəffaf formada davranmasıdır.

Çərşənbə axşamı Nyu-Yorkun Manhetten məhəlləsində bir nəfər idarə etdiyi yük maşını ilə velosiped sürməklə məşğul olan insanların arasında girərək, 10 nəfəri öldürüb, 15 nəfəri isə yaralayıb. 

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi çərşənbə günü hadisə qurbanlarının yaxınlarının kədərini bölüşərək, deyib: Günahsız insanların ictimai məkanlarda qırğın edilməsi İŞİD kimi terrorçu qruplaşmalara məxsus olan amansızlıq, qəddarlıq və vəhşiliyin bariz nümunəsidir

Bəhram Qasemi daha sonra deyib: Mənfur, qeyri insani və amansız bir fenomen olaraq terrorizmin kökləri ABŞ və müttəfiqlərinin Yaxın Şərq regionu ilə bağlı siyasi baxışı və davranışlarının nəticəsidir. Terrorizmin yaranması, təchiz edilməsi, himayə olunması ondan bir vasitə kimi istifadə edilməsi və region ölkələrinin böhrana sürüklənməsi üçün terrorçu qruplaşmalardan faydalanmaq ABŞ-ın regiona olan töhfəsidir. 

Teqlər