İran, Rusiya və Azərbaycan prezidentlərinin 2-ci üçtərəfli görüşü başlandı
https://azeri.sahartv.ir/news/İran-i286011-İran_rusiya_və_azərbaycan_prezidentlərinin_2_ci_üçtərəfli_görüşü_başlandı
İran İslam Respublikası, Azərbaycan və Rusiya prezidentlərinin 2-ci üçtərəfli iclası 3 ölkə prezidentinin iştirakı ilə bu gün Tehranda işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2017 17:14 Asia/Baku
  • İran, Rusiya və Azərbaycan prezidentlərinin 2-ci üçtərəfli görüşü başlandı

İran İslam Respublikası, Azərbaycan və Rusiya prezidentlərinin 2-ci üçtərəfli iclası 3 ölkə prezidentinin iştirakı ilə bu gün Tehranda işə başlayıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev iclasın əvvəlində xatirə şəkli çəkdiriblər.

İran, Azərbaycan və Rusiya prezidentləri üçtərəfli Tehran iclasında siyasi, iqtisadi, mədəni və insani əməkdaşlıqlar habelə, region və dünyanın son mühüm hadisələri haqda danışıqlar aparacaqlar.

İran, Azərbaycan və Rusiya prezidentlərinin ilk üçtərəfli iclası 2016-cı ilin avqustunda Bakıda keçirilmişdi.

Üçtərəfli Tehran iclasından öncə Həsən Ruhani, Vladimir Putin və İlham Əliyev ilə ayrı-ayrılıqda görüşüb. Bu görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsinə təkid edilib.