Noy 02, 2017 01:13 Asia/Baku
  • Vladimir Putin   Həsən Ruhani
    Vladimir Putin Həsən Ruhani

İran İslam Respublikası prezidenti Rusiyanı dost, qonşu və strateji ortaq adlandıraraq deyib: Tehranın iradəsi Moskva ilə bütün sahələrdə əlaqələr və əməkdaşlıqların inkişaf etdirilməsi və gücləndirilməsinə yönəlib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Tehranda Rusiya prezidenti Vladimir Putin ilə görüşündə iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlıqlarının inkişafının əhəmiyyətini vurğulayaraq deyib: İran dəmir yolu xətlərinin inkişaf etdirilməsi və şimal-cənub nəqliyyat koridoru kimi önəmli infrastruktur layihələrdə iştirak üçün Rusiyanın özəl sektoru və investorlarının fəaliyyətini müsbət qarşılayır. 

İran prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramının çoxtərəfli razılaşma olduğunu və onun mühafizəsinin regional və beynəlxalq sülh və sabitlik üçün önəm kəsb etdiyini bildirərək deyib: Rusiyanın ƏMTP-nin möhkəmləndirilməsi və davam etməsi, eləcə də digər müzakirə tərəflərinin öz öhdəliklərini yerinə yetirmələrindəki rolu önəmli və təsirlidir. 

Ruhani İran və Rusiyanın Suriyada terrorizmə qarşı təşəbbüskarlığına toxunaraq deyib: İran və Rusiyanın bu mübarizənin son mərhələsində də birgə əməkdaşlığı və məsləhətləşməsi önəmlidir. 

İran İslam Respublikası prezidenti böhranların həllində İran ilə Rusiyanın Astana müzakirələri prosesinə, çoxtərəfli, regional və beynəlxalq əməkdaşlıqlarına toxunaraq deyib: İran regionda destabilliyi bütün ölkələrin ziyanına görür və regionda sabitlik və təhlükəsizliyin genişləndirilməsini dəstəkləyir. 

İran, Rusiya və Azərbaycan Respublikası başçılarının üçtərəfli iclasında iştirak etmək üçün Tehrana səfər etmiş Rusiya prezidenti Vladimir Putin də bu görüşdə deyib: İran Rusiyanın qonşusu və strateji müttəfiqidir və iki ölkə qarşılıqlı münasibət və əməkdaşlıqların inkişafında bir çox müştərək mənafeyə malikdir. 

Rusiya prezidenti ƏMTP-nin beynəlxalq sülh və stabillik çərçivəsində olduğunu bildirərək deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramını hərhansı bəhanə ilə pozmaq qəbuledilməzdir və bu sazişin İranın müdafiə və raket məsələləri ilə əlaqəsi yoxdur.  

Teqlər