Ayətullah Movəhhedi-Kermani: Amerika bütün cinayət və xəyanətlərin başında durur
Tehranın cümə namazı xitabətçisi amerikalıları “əhd pozan” adlandırıb və bildirib ki, Vaşinqton bütün cinayət və xəyanətlərin başında durur.
Ayətullah Movəhhedi-Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində söyləyib: Amerika öz maraqlarını təhlükədə gördüyü yerdə öhdəliklərini pozacaqdır.
Tehranın cümə namazı xitabətçisi Amerika prezidenti Donald Trampın nüvə anlaşmasını dəyişmək və ya imkan daxilində onu ləğv etmək üzrə səylərinə işarə edərək, vurğulayıb ki, Trampın proqramları əbləhcəsinə proqramlardır.
Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani həmçinin Trampın İrana və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-a qarşı son düşmənçilik ifadələrinə toxunaraq, əlavə edib: İslam İnqilabı Keşikçiləri Korpusu qüdrətlə Amerikanın himayəsi altında olan terrorçular qarşısında dayanıbdır.
Tehranın cümə namazı xitabətçisi İran İslam Respublikasını sayıq və oyaq adlandırıb və vurğulayıb ki, düşmən qarşısında zəif mövqeyə keçilməməlidir.
Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani əlavə edib: İran İslam Respublikası militarist deyil, amma var gücü ilə düşmənlərin fitnələri qarşısında dayanacaqdır.
Tehranın cümə namazı xitabətçisi İran İslam Respublikası, Rusiya və Azərbaycan Respublikası başçılarının Tehranda keçirilmiş sammitinə işarə edərək, deyib: Bu iclas bir çox nailiyyətlərə, o sıradan İran İslam Respublikasının qüdrətinin nümayişinə malik olubdur.