Noy 06, 2017 14:50 Asia/Baku
  • Cahangiri: İranın terrorizmlə mübarizədə iradəsi daha da ciddiləşib

İran İslam Respublikasının vitse-prezidenti bildirib: İranın şimal-qərbində Çaldıranda cinayətkar terrorçu və yaraqlı şər qüvvələr tərəfindən iranlı sərhədçilərin şəhid edilməsi terrorizmlə mübarizədə İranın iradəsini daha da ciddiləşdirir.

8 iranlı sərhədçi cümə günü İranın şimal-qərbində Çaldıran rayonunda terrorçularla qarşıdurmada şəhid edildi. Bu qarşıdurma sərhədin bufer zonasında baş verdi və terrorçulara ciddi zərbələr endirildi.

İshaq Cahangiri bazar ertəsi günü bir müraciətdə Çaldıran rayonunda şücaətli sərhədçilərin cinayətkar terrorçular və yaraqlı şər qüvvələr tərəfindən şəhid edilməsi ilə bağlı İran xalqı və Silahlı Qüvvələrinə başsağlığı verib, şəhidlərə rəhmət diləyib və qalanlarına səbir diləyib.

Teqlər