Noy 06, 2017 19:17 Asia/Baku
  • Vilayəti: Tehran və Dəməşqin məqsədi müqavimət xəttini qorumaqdır

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İran və Suriyanın məqsədi regionda müqavimət xəttini qorumaq və sionizm və onun hamilərinin qarşısında müqavimət göstərməkdir.

İRNA-nın məlumatına görə, Əli Əkbər Vilayəti Suriya xarici işlər naziri Vəlid əl-Müəllimlə Dəməşqdə görüşdükdən sonra jurnalistlərə verdiyi açıqlamada İran və Suriyanın müqavimət xəttindəki ortaqlıqlarını əsaslı adlandırıb və əlavə edib: İran və Suriya arasında hərtərəfli əməkdaşlıq amerikalılar və sionistlərin bölgədə Suriya xalqı və dövlətinə qəbul etdirmək istədiklərinin illüziyadan başqa bir şey olmadığını anlamalarına səbəb olub. 

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Suriya ordusu və xalqının Deyruzzur və digər bölgələrdəki qələbələrinə toxunub və deyib: İran və Suriya həmişə koordinasiyalar aparır və birlikdədirlər. 

Suriya xarici işlər naziri Vəlid əl-Müəllim də deyib: Suriya və İran İslam Respublikası arasında möhkəm və strateji əlaqələr kimsəyə sirr deyil və bu əlaqələr bütün sahələri ehtiva edir. 

Vəlid əl-Müəllim əlavə edib: Suriya İranın müqavimət mehvərində olması ilə fəxr edir və İran Suriya ordusu və xalqının qələbələrinə şərikdir. 

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bazar günü Livana səfərindən və bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşdükdən sonra Suriyaya daxil olub. 

Vilayəti Suriya səfərində bu ölkə prezidenti, baş naziri ilə görüşəcək və bəzi bölgələrə baş çəkəcək. 

Teqlər