İran səfirliyi İngiltərənin mövqeyinə etiraz edib
İranın Londondakı səfirliyi bir bəyanatda Tehranın İngiltərə xarici işlər nazirinin Yaxın Şərq məsələləri üzrə müavininin Yəmənin Ərriyada qarşı hücumunda istifadə olunmuş raketin ehtimal üzrə İran raketi olmasına dair bəyanatına etirazını bildirib.
Yəmən ordusunun raket bölməsi ötən şənbə günü Ərəbistanın cinayətlərinə cavab olaraq, bir ballistik raketi bu ölkənin paytaxtı Ərriyadda yerləşən Kral Xalid hava limanına tərəf atdı.
İranın Londondakı səfirliyi bu gün səud koalisiyasının Ərriyad hava limanına atılmış raketin İran raketi olmasına dair məlumatını rədd edərək bildirib: Ötən iki ildən çox bir müddətdə Yəmənin müdafiəsiz və günahsız xalqı, eləcə də qadın və uşaqlarının rəhmsizcəsinə qırğın edilməsi, həmçinin bu ölkə infrastrukturlarının dağıdılması İngiltərə daxil olmaqla Qərb silahlarından istifadə ilə həyata keçirilibdir.
İranın Londondakı səfirliyi günahsız Yəmən xalqının qırğınına və Yəmən böhranına tez bir zamanda son qoyulması vacibliyini vurğulayaraq, bildirib: İran xarici işlər nazirinin 2015-ci ildə irəli sürdüyü və təcili atəşkəs, humanitar yardımların göndərilməsi, yəmənli-yəmənli dialoqlar və əhatəli dövlətin yaradılmasına şamil olan dördmaddəli layihəsi hələ də Yəmən böhranının həlli üçün mötəbər və istifadəolunasıdır.
İranın Londondakı səfirliyi habelə İngiltərədən və anti-Yəmən koalisiyası ölkələrinə silah ixrac edən digər ölkələrdən istəyibdir ki, Ərəbistana və bu koalisiyaya üzv digər ölkələrə silah köməyini dayandırıb, atəşkəs yaratmaqla tez bir zamanda döyüşən tərəfləri siyasi bir həll yoluna çatmaq üçün müzakirə masasına dəvət etsinlər.
İngiltərə xarici işlər nazirinin Yaxın Şərq məsələləri üzrə müavini Alister Bert öz zənnincə, Yəmən ordusunun Ərəbistanın paytaxtı Ərriyadda yerləşən Kral Xalid hava limanına tərəf atdığı ballistik raketi İran raketi hesab edibdir.
Ərəbistan ABŞ-ın, Birləşmiş Ərəb Əmirliklərinin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hücum edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir.