BMT-nin Tehrandakı nümayəndəsi İranda baş vermiş zəlzələnin ardınca başsağlığı verib
Noy 13, 2017 11:12 Asia/Baku
-
BMT-nin Tehrandakı nümayəndəsi İranda baş vermiş zəlzələnin ardınca başsağlığı verib
BMT-nin Tehrandakı nümayəndəsi zəlzələ nəticəsində bir qrup insanın həyatını itirməsi və yaralanması münasibəti ilə İran xalqı və dövlətinə başsağlığı verib.
BMT-nin Tehrandakı nümayəndəsi Geri Luis bazar ertəsi günü öz şəxsi Tvitter hesabında paylaşdığı yazıda təmsil etdiyi təşkilatın İranın qərbində zəlzələdən zərərçəkmişlərə yardım etməyə hazır olduğunu bildirib.
Bu arada İranın səhiyyə naziri Həsən Qazızadə Haşiminin göstərişi ilə İranın bütün tibb universitetlərinə Kermanşah ostanında zəlzələdən zərərçəkmiş məntəqələrə ən qısa zaman ərzində həkim heyəti, tibb ləvazimatları, təcili yardım maşınları və donor qan göndərmələri barədə tapşırıq verilib.