Noy 13, 2017 17:38 Asia/Baku
  • İranda zəlzələ qurbanlarının sayı ilə bağlı ən son məlumat
    İranda zəlzələ qurbanlarının sayı ilə bağlı ən son məlumat

İranın Böhranları İdarəetmə Mərkəzinin sədr müavini Behnam Səidi bazar ertəsi günü axşam deyib: İndiyə kimi zəlzələ nəticəsində 341 nəfərin həlak olduğu, 5953 nəfərin isə yaralandığı qeydə alınıb.

Bazar günü gecə İranın qərbində Rixter şkalası ilə 7.3 bal gücündə zəlzələ baş verib. Və zəlzələ məntəqəsində indiyə kimi 145 yeraltı təkan qeydə alınıb. 

Zəlzələdən zərərçəkmiş məntəqə sakinlərinin müvəqqəti olaraq məskunlaşdırılması əməliyyatına zəlzələnin ilk saatlarından başlanılıb və ordu, Sepah və Bəsic qüvvələrinin imkanlarından istifadə edərək, xilasetmə əməliyyatları aparılır. 

Zəlzələdən zərərçəkmiş məntəqələrdə həmçinin, səyyar xəstəxanalar təşkil edilib və könüllü xalq qüvvələrinin zəlzələdən zərərçəkmiş məntəqələrə göndərilməsi davam edir. 

Teqlər