Noy 14, 2017 09:27 Asia/Baku
  • İranda baş verən zəlzələnin ardınca ölkədə ümumi matəm elan edilib

İranın qərbində baş verən zəlzələnin çoxsaylı insan tələfatına səbəb olmasını nəzərə alaraq, İranın nazirlər kabineti bazar ertəsi günü axşam bir qərar qəbul edərək, çərşənbə axşamı gününü ölkədə ümumi matəm elan edib.

İRNA-nın məlumatına görə, İranın nazirlər kabinetinin bildirişində deyilir: İranın qərbində baş vermiş acı və kədərləndirici zəlzələ hadisəsi xüsusilə Kermanşah ostanında çoxlu sayda insanın həyatını itirməsi, yaralanması və minlərlə nəfərin evsiz qalmasına səbəb olub. Bu da İran xalqını xeyli kədərləndirib. 

Nazirlər kabinetinin bildirişində həmçinin deyilir: Nazirlər kabineti bu acı hadisəyə görə İslam İnqilabının Böyük Rəhbəri və İran xalqına xüsusilə Kermanşah əhalisinə və bu acı hadisədən zərərçəkənlərə başsağlığı verərək, bu hadisədə yaralananlar üçün Allahdan şəfa diləyir və zəlzələdə həyatını itirənlərin xatirəsinə və onların yaxınlarının acısına hörmət olaraq çərşənbə axşamı günü bütün İranda ümumi matəm elan edir. 

İranın nazirlər kabineti həmçinin, zəlzələdən zərərçəkmiş məntəqələrdəki xilasedicilərin səylərini yüksək qiymətləndirərək, bütün nazirliklər və dövlət orqanlarına zəlzələdən zərərçəkənlərə xidmətlərin göstərilməsi barədə tapşırıq verib. 

Teqlər